Google data mərkəzlərini atom enerjisi ilə təmin edəcək
Google və Constellation Energy data mərkəzlərini enerji ilə təmin etmək üçün 4,3 milyard dollardan çox investisiya ilə atom enerjisi sahəsində 20 illik müqavilə bağlayıb.

Amerika şirkəti Google və enerji şirkəti Constellation Energy atom enerjisi sahəsində 4,3 milyard dollardan çox həcmli investisiya ilə 20 illik müqavilə bağlayıb. Bu barədə Wall Street Journal qəzeti məlumat yayıb. Sövdələşmə yeni data emalı mərkəzlərinin elektrik enerjisi ilə təmin olunmasına yönəlib.
Müqavilə çərçivəsində Google 890 meqavat istehsal gücünün alınmasına zəmanət verir və Constellation obyektlərinin modernləşdirilməsini maliyyələşdirir. Bu vəsaitlər hesabına enerji şirkəti İllinoys, Pensilvaniya və Nyu-Cersi ştatlarında yerləşən AES-lərində 11 fəaliyyətdə olan nüvə reaktorunun gücünü yeniləyəcək və artıracaq.
"Google və Constellation Energy atom enerjisi sahəsində 11 fəaliyyətdə olan reaktorda elektrik enerjisi istehsalını artırmağa imkan verəcək genişmiqyaslı 20 illik sövdələşmə barədə razılığa gəliblər… Constellation bu stansiyaların modernləşdirilməsinə 4,3 milyard dollardan çox investisiya qoymağı planlaşdırdığını bildirib".
Nəşrin qeyd etdiyi kimi, modernləşdirmə ayrıca böyük reaktorun tikintisi ilə müqayisə edilə bilən enerji təchizatını təmin edəcək.
Layihənin birinci mərhələsinin 2028-ci ildə başa çatdırılması, qalan bloklardakı işlərin isə 2032–2033-cü illərə qədər davam etməsi nəzərdə tutulur.
Bundan başqa, tərəflər ABŞ-ın şərq və Mərkəzi Qərb bölgələrində birləşmiş enerji sisteminə 2700 meqavat elektrik enerjisinin əlavə 15 illik təchizatı barədə də razılığa gəliblər.
Mənbə: ria.ru





