Erdoğan: Türkiyə Rusiya ilə Ukrayna arasında birbaşa təmaslara kömək etməyə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Vladimir Putinlə telefon söhbətində Ankarının Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələrin qurulmasına kömək etməyə hazır olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Ankarının Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələrin qurulmasına kömək etməyə hazır olduğunu bildirib. Bu barədə Türkiyə liderinin Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətinin yekunları üzrə kargüzarlığı məlumat yayıb.
Söhbət zamanı tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Erdoğan Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsinin əsas prioritet olduğunu bəyan edib və Türkiyənin Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələrin qurulmasına hər zaman kömək etməyə hazır olduğunu vurğulayıb.
Erdoğan həmçinin Putini ad günü və “Vahid Rusiya” partiyasının Dövlət Dumasına seçkilərdə qazandığı uğur münasibətilə təbrik edib.
Mənbə: tass.com





