Prezident Ərdoğan AileFest festivalini ziyarət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ramı kitabxanasında keçirilən AileFest festivalını ziyarət edib, ailələr və uşaqlarla söhbətləşib, iştirakçılarla xatirə şəkli çəkdirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ramı Kitabxanasında keçirilən AileFest festivalına qatılıb.
Ərdoğan festival ərazisini gəzərək ailələr və uşaqlarla söhbətləşib, iştirakçılarla xatirə şəkilləri çəkdirib və uşaqlara cib xərcliyi verib. Prezidentə tədbir çərçivəsində həyata keçirilən layihələr barədə də məlumat verilib.
Festival Türkiyə Könüllü Təşkilatlar Fondu (TGTV) tərəfindən Mədəniyyət və Turizm, Milli Təhsil, Ailə və Sosial Xidmətlər nazirlikləri və İstanbul Valiliyinin dəstəyi ilə təşkil olunub.
Tədbir zamanı Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy Ərdoğana müfəssir və şair İsmayıl Haqqı Bursəvinin Quran təfsirini hədiyyə edib.
Proqramda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, İstanbul valisi Davut Gül, AK Parti rəsmiləri və digər dövlət nümayəndələri də iştirak ediblər.
Mənbə: cnnturk.com





