Tramp: “İsayas” qasırğası nəzarət altındadır, siklonadək zəifləyib və Alabama üzərində hərəkət edir
ABŞ Prezidenti Donald Tramp "İsayas" qasırğasının nəzarət altında olduğunu bildirib. Hazırda o, posttropik siklonadək zəifləyib və Alabama üzərində hərəkət edir.

ABŞ Prezidenti Donald Tramp "İsayas" qasırğasının nəzarət altında olduğunu bildirib. Onun sözlərinə görə, təbii fəlakət posttropik siklonadək zəifləyib və Alabama ştatı üzərində hərəkət edir.
"İsayas" qasırğası nəzarət altındadır", — deyə Donald Tramp bildirib.
Posttropik siklon güclü küləklərə, elektrik xətlərinin qırılmasına və hərəkətdə gecikmələrə səbəb olub. Hyuston dairəsində, Alabama ştatında bütün yollar bağlanıb.
Daha əvvəl Floridanın İnqlvud şəhərində dalğalar "İsayas" qasırğasının yaxınlaşması ərəfəsində yolu basmışdı.
Mənbə: jpost.com





