Türkiyənin Tokat şəhərində infeksiya alovlanması: 5 min yoluxan
Son üç gündə Türkiyənin Tokat şəhərində təxminən 5 min nəfər ürəkbulanma, qusma, qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanalara müraciət edib. 70 nəfər xəstəxanaya yerləşdirilib, su Ankarada yoxlanılır.

Türkiyənin Tokat şəhərində son üç gündə təxminən 5 min nəfər bağırsaq pozuntusu əlamətləri – ürəkbulanma, qusma, qarın ağrısı və ishal ilə xəstəxanalara müraciət edib.
Müraciət edənlərdən 70 nəfər stasionar müalicəyə yerləşdirilib, onlardan 30 nəfərin müalicəsi davam edir.
Mütəxəssislər içməli su nümunələri götürərək tədqiqat üçün Ankaraya göndəriblər. Tokat valisi Abdulla Köklünün sözlərinə görə, xəstəliyin səbəbinin məhz su olduğunu hələ əminliklə demək mümkün deyil.
Xəstəliyin səbəbinin məhz su olduğunu hələ əminliklə demək mümkün deyil.
Yekun nəticələrin Türkiyə Səhiyyə Nazirliyində aparılacaq analizlərdən sonra açıqlanacağı gözlənilir.
Dezinfeksiya işlərinin aparılması üçün yerli məktəblərdə dərslər bir gün müddətinə dayandırılıb. Valinin sözlərinə görə, dərslərin çərşənbə axşamı bərpa edilməsi planlaşdırılır.
Mənbə: modern.az





