14 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8992-0.0061TRY 0.0344-0.0001100×RUB 2.0276+0.0328
media.az
Dünya

Parisin ən qədim ərzaq bazarı yanıb

Paris mərkəzində gecə ən qədim ərzaq bazarı Anfan-Ruj yanıb. Mərkəzi dairənin meri Ariel Veyl bildirib ki, yanğın lokallaşdırılıb, lakin bazar tamamilə dağılıb.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Parisin ən qədim ərzaq bazarı yanıb
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Fransanın paytaxtı Parisin mərkəzində gecə saatlarında baş verən yanğın nəticəsində şəhərin ən qədim ərzaq bazarı olan Anfan-Ruj bazarı (Marché des Enfants Rouges) tamamilə dağılıb.

Bu barədə Parisin 3-cü dairəsinin meri Ariel Veyl məlumat verib.

Merin sözlərinə görə, yanğınsöndürənlər hadisə yerində qətiyyətli və səmərəli fəaliyyət göstəriblər. Yanğın lokallaşdırılsa da, bazar ciddi zərər görüb və tamamilə məhv olub.

“Paris yanğınsöndürənləri Anfan-Ruj bazarında qətiyyətli və səmərəli fəaliyyət göstərdilər. Yanğın lokallaşdırılıb, lakin bazar tamamilə dağılıb”, – deyə Ariel Veyl sosial şəbəkə X-də yazıb.

Yanğının başvermə səbəbi hələlik açıqlanmayıb.

Paris şəhərinin 3-cü dairəsində yerləşən Anfan-Ruj bazarı yerli istehsalçıların satış məntəqələrini və müxtəlif qastronomik dükanları birləşdirirdi. Bazar həm şəhər sakinləri, həm də turistlər arasında populyarlığı ilə seçilirdi.

1615-ci ildə, kral XIII Lüdovikin hakimiyyəti dövründə yaradılan bazar Parisin ən qədim ərzaq bazarı hesab olunur. Onun adı fransız dilindən tərcümədə “Qırmızı uşaqlar bazarı” mənasını verir. Bu ad yaxınlıqda yerləşən, sakinləri qırmızı rəngli geyimlər geyinən yetimlər sığınacağı ilə əlaqələndirilir.

Tarixi məkanın yanğın nəticəsində məhv olması Parisin mədəni və ticarət irsi baxımından ciddi itki kimi qiymətləndirilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Dünya

Türkiyə serialları MIPCOM-da dünya ilə görüşür

MIPCOM beynəlxalq sərgisində Türkiyə stendi təqdim olunur. Stend Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və İstanbul Ticarət və Sənaye Palatasının əməkdaşlığı ilə yaradılıb. Türk seriallarını təxminən 170

Qurban Qurbanzadə3 dəq oxunuş
Dünya

Mask respublikaçıların ən böyük donoru olub

İlon Musk iyul ayından respublikaçıların dəstəyinə 276 milyon dollar xərcləyib. Bildirilir ki, bu investisiyaların məqsədi SpaceX dövlət müqavilələri və DOGE rəhbəri kimi fəaliyyəti ilə bağlı araşdırmalardan

Qurban Qurbanzadə1 dəq oxunuş
Parisin ən qədim ərzaq bazarı yanıbF4Media səsləndirməsi