Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Oktyabrın 14-də Bakı, Sumqayıt və Abşeron rayonunda oktyabr ayı üçün pensiyalar ödəniləcək. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirliyi məlumat yayıb.

Oktyabrın 14-də Bakı, Sumqayıt və Abşeron rayonunda oktyabr ayı üçün pensiyalar ödəniləcək. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirliyi məlumat yayıb.
Ödənişləri nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.
Bu ay güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin pensiyaları da qrafikə uyğun ödəniləcək.
Nazirliyin məlumatına görə, 2026-cı ilin yanvar–iyul aylarında 24,6 min nəfərə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya cari qaydada təyin edilib.
Mənbə: az.trend.az





