Şimali Kipr sahillərində bərə qəzası nəticəsində rusiyalı turist həlak olub
Rusiya səfirliyi Türkiyəyə gedən gəminin qəzaya uğraması nəticəsində Rusiya vətəndaşının həlak olduğunu təsdiqləyib. Gəmidə 260-dan çox insan olub.

Rusiya səfirliyi Şimali Kipr sahillərində bərənin qəzaya uğraması nəticəsində bir Rusiya vətəndaşının həlak olduğunu təsdiqləyib. Diplomatik nümayəndəlik həlak olan turistin ailəsinə və yaxınlarına başsağlığı verib.
Faciə avqustun 30-da Girnə şəhərindən 2,5 kilometr aralıda baş verib. Gəmi Şimali Kiprdən Türkiyənin Taşucu limanına hərəkət edərkən bərə çevrilərək batıb.
Qəza anında göyərtədə 259 sərnişin və 8 ekipaj üzvü olub. Hadisə nəticəsində aralarında Rusiya vətəndaşlarının da olduğu insanlar suya düşüb. Qəza nəticəsində ümumilikdə səkkiz nəfər həlak olub.
Mənbə: lenta.ru





