25 oktyabr 2026 Bakı —
media.az
Mədəniyyət

Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik” adlı gecə keçirilib.

İİlhamə Məmmədova1 dəq oxunuş
Mətn ölçüsü
Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
Mədəniyyət — F4Media

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik” adlı gecə keçirilib.

F4media.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Tədbirdə Mədəniyyət Nazirliyinin yubilyara ünvanladığı təbrik məktubu oxunub. Çıxış edən natiqlər Nurəddin Mehdixanlının Azərbaycan teatr və kino sənətindəki xidmətlərindən, yaratdığı yaddaqalan obrazlardan, sənətə sədaqətindən və Vətənə sevgisindən danışıblar.

Yubiley gecəsində Xalq artistləri Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva sənətkarı musiqi nömrələri ilə təbrik ediblər. Gürcüstan, Türkiyə və Moldovadan olan teatr xadimlərinin Nurəddin Mehdixanlıya videotəbrikləri təqdim olunub. Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Yodqar Saqdiyevin təbrik məktubu da səsləndirilib.

Tədbirin bədii hissəsində aktyorun çıxış etdiyi “Aydın”, “Solğun çiçəklər”, “Özümüzü kəsən qılınc”, “Hələ sevirəm deməmişdilər”, “Pəncərədə işıq”, “Xurşidbanu Natəvan” və “Kral Lirin faciəsi” tamaşalarından məşhur dialoqlar, eləcə də “Cavad xan” filmindən fraqment nümayiş etdirilib.

Sonda Nurəddin Mehdixanlı yubiley gecəsinin təşkilatçılarına, iştirakçılarına və onu təbrik edən hər kəsə minnətdarlığını bildirib.

Paylaş

Oxşar materiallar

Hamısına bax