Füzulidə Şəhər Günü qeyd olundu
Füzulidə Şəhər Gününə həsr olunmuş tədbirlərə uşaqlar üçün rəsm dərsləri, rəsm sərgisi, tamaşa və konsert daxil idi.

Tədbirlər Mədəniyyət Nazirliyinin iştirakı ilə təşkil olunmuş və Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilmişdir.
Gün ərzində uşaqların iştirakı ilə rəsm üzrə ustad dərsləri keçirildi, həmçinin rəsm sərgisi nümayiş etdirildi.
Ardınca Füzuli Dövlət Dram Teatrı «Tıq-tıq xanım» tamaşasını təqdim etdi.
Proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, əməkdar artist Nizami Abdullayev, Füzulinin sakini Ağabala Abdullayev və rəqs ansamblı çıxış etdilər.
Mənbə: apa.az





