Lənkəranda QHT-lərin VII İnkişaf və Mübadilə Proqramına start verilib
Lənkəran şəhərində QHT Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib.

Lənkəran şəhərində QHT Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib.
QHT Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı açılış mərasimində çıxış edərək proqramda 100-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsinin iştirak etdiyini bildirib.
Proqram çərçivəsində iştirakçıların layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu, hədəf qruplarının müəyyənləşdirilməsi, sosial media ilə iş və mühasibatlıq sahələrində bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.
Təlimçilər Anar Vəliyev və Orxan Nadirov iştirakçıları salamlayaraq təlimin gedişatı barədə məlumat veriblər. Proqramın sonunda təlimləri uğurla başa vuran QHT nümayəndələrinə sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, QHT Agentliyi tərəfindən indiyədək altı “İnkişaf və Mübadilə Proqramı” həyata keçirilib. İlk proqram 2022-ci ildə Mingəçevir şəhərində təşkil olunub. 2023-cü ildə tədbirlər Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxıda, 2025-ci ildə isə Şuşa şəhərində keçirilib.
Ümumilikdə, əvvəlki proqramlarda 600-dən çox QHT nümayəndəsi iştirak edib. Lənkəranda keçirilən növbəti proqram da vətəndaş cəmiyyəti institutlarının bilik və bacarıqlarının inkişafına, QHT-lərin institusional potensialının gücləndirilməsinə xidmət edir.











