Daniel Svensson: “Sabah”la oyunda meydana qələbə üçün çıxacağıq”
Borussiyanın müdafiəçisi Daniel Svensson bildirib ki, komandası Bakıda "Sabah"a qarşı qələbə üçün meydana çıxacaq. Oyun 20 oktyabrda keçiriləcək.

“Borussiya” Bakıda qələbəyə köklənib: “Bizə üç xal lazımdır”
Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Daniel Svensson UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək qarşılaşmada komandasının qələbə qazanmaq əzmində olduğunu bildirib.
Futbolçu “Sabah”la oyun öncəsi keçirilən mətbuat konfransında komandanın görüşə ciddi hazırlaşdığını deyib.
Svenssonun sözlərinə görə, baş məşqçinin tapşırıqlarına uyğun olaraq rəqib ətraflı təhlil edilib və “Sabah” barədə lazımi məlumatlar toplanıb.
“Baş məşqçimizin də dediyi kimi, görüşə ciddi hazırlaşmışıq. Rəqibi təhlil etmək imkanımız oldu və ‘Sabah’ haqqında məlumat əldə etdik. Bizə üç xal lazımdır və qələbə üçün meydana çıxacağıq”, – deyə futbolçu vurğulayıb.
Qeyd edək ki, “Sabah” və Dortmund “Borussiya”sı arasında qarşılaşma oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçın start fiti saat 20:45-də səslənəcək.
Mənbə: report.az





