27 oktyabr 2026 Bakı —
media.az
Siyasət

İlham Əliyev İƏT-in baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmail Ülđ Şeyx Əhmədi qəbul edib. Tərəflər təşkilatla əməkdaşlığı və növbəti sammiti müzakirə ediblər.

Mətn ölçüsü
İlham Əliyev İƏT-in baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmail Üləd Şeyx Əhmədi qəbul edib. Görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlığın inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi və media sahəsində birgə fəaliyyət məsələləri müzakirə olunub.

F4media.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyev Azərbaycanla İƏT arasında əməkdaşlığın davamlı xarakter daşıdığını vurğulayıb. Dövlət başçısı Azərbaycanın təşkilatın fəal üzvlərindən biri olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

Prezident qeyd edib ki, Azərbaycanda İƏT çərçivəsində indiyədək çoxsaylı siyasi, iqtisadi və idman tədbirləri keçirilib. O, ölkəmizin gələn il İƏT sammitinə ev sahibliyi edəcəyini və tədbirə hazırlıq işlərinin artıq aparıldığını diqqətə çatdırıb. Dövlət başçısı İslam Həmrəyliyi Oyunlarının uğurlu təşkilini də vurğulayıb.

İlham Əliyev Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqi, eləcə də təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

İƏT-in baş katibi İsmail Üləd Şeyx Əhməd isə qəbul üçün Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, Azərbaycanda müşahidə etdiyi inkişafı qeyd edərək ölkəni əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edib.

Baş katib Azərbaycanla əməkdaşlığın daha da fəallaşdırılmasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq İƏT-in beynəlxalq mövqeyinin gücləndirilməsinə və İslam həmrəyliyinin inkişafına töhfə verə bilər.

İsmail Üləd Şeyx Əhməd Azərbaycanın İslam dünyasında mühüm rolunu vurğulayaraq ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbriklərini çatdırıb. O, Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib və regionda sülhün təmin olunması istiqamətində Azərbaycan dövlət başçısının səylərinə dəstəyini ifadə edib.

Görüşdə, həmçinin İƏT çərçivəsində media sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər dezinformasiyaya qarşı mübarizədə təşkilata üzv dövlətlərin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıblar.

Görüş Azərbaycanla İƏT arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eləcə də İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
İlham Əliyev İƏT-in baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edibF4Media səsləndirməsi