17 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8707-0.0024TRY 0.03370100×RUB 2.0606-0.0043
media.az
Azərbaycan

QHT rəhbərlərinin ailələrində tələbə sevinci – övlad və nəvələr hansı universitetlərə qəbul oldular?

FRedaksiya1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan — F4Media

Azərbaycanda ali məktəblərə qəbulun nəticələrinin açıqlanması ilə minlərlə ailədə böyük sevinc yaşanır. Bu il QHT və ictimai sektor nümayəndələrinin ailələrində də tələbə sevinci yaşanıb.

Sosial şəbəkələrdə edilən paylaşımlara əsasən, bir sıra QHT rəhbərlərinin övladları və nəvələri həm Azərbaycanda, həm də xaricdə yerləşən nüfuzlu universitetlərə qəbul olublar.

Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun oğlu Mustafa Vəkilov Mingəçevir Dövlət Universitetində Kompüter elmləri ixtisasına qəbul olub.

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərovun oğlu Əkbər Əkbərzadə isə təhsilini xaricdə davam etdirəcək. O, Macarıstanın Budapeşt Korvinus Universitetinə qəbul olub və bakalavr səviyyəsində “Business and Management” ixtisası üzrə təhsil alacaq.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevanın nəvəsi Bakı Dövlət Universitetinə qəbul olub. O, ingilis dili üzrə təhsil alacaq.

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyevin övladı da tələbə adını qazanıb. O, Azərbaycan Dillər Universitetinə qəbul olub.

QHT sədri İndira Şəmsivərinin nəvəsi Nihad isə Azərbaycan Texnologiya Universitetinin İT fakültəsinə dövlət sifarişi əsasında qəbul olunub.

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin sədri Murad Ağalarovun qızı da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri sırasına qoşulub.

Beləliklə, bu ailələrdə tələbə sevinci yalnız qəbul xəbəri ilə məhdudlaşmır. Gənclərin müxtəlif istiqamətlər üzrə təhsil seçimi, xaricdə oxumağa marağı və müasir ixtisaslara yönəlməsi onların gələcək karyera və beynəlxalq imkanlara hazırlaşdığını göstərir.

f4media.az olaraq bütün tələbələri və onların ailələrini bu uğur münasibətilə təbrik edir, yeni təhsil həyatlarında uğurlar arzulayırıq!

Qeyd: Məqalədəki şəkillər qht.az saytından götürülmüşdür.

Paylaş

Oxşar materiallar

Hamısına bax