17 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8707-0.0024TRY 0.03370100×RUB 2.0606-0.0043
media.az
Azərbaycan

Jurnalist həmkarlarımızın övladları tələbə oldular – sevindirən siyahı

FRedaksiya3 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan — F4Media

Jurnalist üçün başqasının uğurundan yazmaq işin ən gözəl tərəflərindən biridir. Amma elə xəbərlər var ki, onları yazarkən peşəkar məsafəni qorumaq bir az çətin olur. Çünki bu dəfə xəbər həmkarlarımızın öz ailələrindəndir.
Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması ilə bir sıra jurnalist və media nümayəndəsinin evində böyük sevinc yaşanıb. Onların övladları tələbə adını qazanaraq həyatlarının yeni mərhələsinə qədəm qoyublar.

Modern.az-ın yayımladığı və yenilənmiş siyahıya əsasən, media nümayəndələrinin övladları arasında müxtəlif ali məktəblərə və fərqli ixtisaslara qəbul olanlar var. 
Bu siyahıda tanınmış jurnalist və media simalarının övladları da yer alır.
Azərbaycan radiosunun baş redaktor müavini Jalə Mütəllimovanın qızı Leyla Bakı Mühəndislik Universitetinin Memarlıq fakültəsində təhsil alacaq.
Anewz TV-nin redaktoru, BDU müəllimi və jurnalist Anzulə Pərvizqızının qızı Əlvan Azərbaycan Texniki Universitetinin Menecment ixtisasına qəbul olub və təhsilini ingilis dilində davam etdirəcək.
“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoyun oğlu Murad Paşa Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olub.
AZƏRTAC əməkdaşı Elxan Yusiflinin oğlu Ayxan 682 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.

Bu siyahıda xüsusi diqqət çəkən adlardan biri də tanınmış teleaparıcı və prodüser Lamiyə Ələkbərovanın oğlu Nicatdır. Nicat da ali təhsil müəssisəsinə qəbul olaraq
ailəsinə tələbə sevinci yaşadıb. 

Jurnalist ailələrindən daha bir sevindirici xəbər “Müsavat” TV-nin redaktoru Sevinc Telmanqızı və “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının oğlu Oğuzdan gəlib. Oğuz Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə dövlət sifarişi əsasında qəbul olunub.
Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmovun oğlu Camal Rüstəmzadə Azərbaycan Dövlət Dəniz Akademiyasının gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasında, ingilis dilində təhsil alacaq.
Bakı Mühəndislik Universitetinin mətbuat katibi Elman Babayevlə jurnalist Vəfa Allahverdiyevanın qızı Fidan 620 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 

Xəzər TV-nin idman jurnalisti Ceyhun Rzayevin qızı Zəhra Rza Bakı Dövlət Universitetinin Rus dili və ədəbiyyatı fakültəsində təhsil alacaq.
İctimai Televiziyanın redaktoru Tural Səftərin qızı Nuray Səftərli UNEC-ə qəbul olub.
Jurnalist Ağa Cəfərlinin qızı Zəhra da UNEC-in İqtisadiyyat fakültəsinin tələbəsi adını qazanıb.
“Referans Medical Group”un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Natəvan Bayramovanın oğlu Cavad Köçərizadə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq ixtisasında, Afrika istiqaməti üzrə təhsil alacaq.
İctimai Televiziyanın redaktoru Səfurə Çərkəzqızı və jurnalist Vəli Əkbərin övladı Günəş Əkbər ADA Universitetinin Memarlıq fakültəsinə qəbul olub. 

Siyahıda tanınmış jurnalist Füzuli İsmayılovun oğlu Cahangir İsmayıllının da adı var. Cahangir Azərbaycan Dövlət Pedaqoji Universitetində dövlət sifarişli əyani təhsil almaq hüququ qazanıb.
Jurnalist Teymur Zahidoğlunun oğlu Zahid Quliyev isə UNEC-in Mühasibatlıq ixtisasına qəbul olaraq tələbə adını qazanıb.
Bu, sadəcə siyahı deyil…
Əslində, bu adların hər birinin arxasında ayrıca bir hekayə var.
Aylarla davam edən hazırlıq, sınaq imtahanları, valideynlərin narahatlığı, nəticələrin açıqlanacağı günü gözləmək… Jurnalistlər bütün bunları yaxşı bilirlər. Çünki onlar hər gün yüzlərlə ailənin sevincini, həyəcanını və narahatlığını xəbər kimi cəmiyyətə çatdırırlar. Amma övladının nəticəsini gözləmək tamam başqa hissdir. Xəbər hazırlayarkən soyuqqanlı olan jurnalist həmin gün öz övladının nəticəsini gözləyərkən adi bir valideynə çevrilir. Telefonun ekranına gələn bir mesaj illərin ən böyük xəbərinə çevrilir.
Əziz həmkarlar illərdir başqalarının uğurlarını işıqlandırır, insanların sevincini cəmiyyətə çatdırırsız. Bu dəfə isə sizin ailənizin sevincini bölüşmək bizə nəsib oldu.
Universitet həyatı onların gələcək uğurlarına açılan ilk böyük qapı olsun. Seçdikləri ixtisaslarda özlərini təsdiqləsinlər,böyük nailiyyətlər qazansınlar və gələcəkdə ölkəmizə layiqli mütəxəssis kimi töhvə versinlər.

Məqalədə Moderin.az-ın “Tələbə adını qazanan jurnalist övladları” başlıqlı materialında təqdim olunan fotolardan istifadə olunub.

Paylaş

Oxşar materiallar

Hamısına bax