18 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8707-0.0024TRY 0.03370100×RUB 2.0606-0.0043
media.az
Azərbaycan

Tarixi rolu – qorxunun sındırılması

17 Noyabr 1988-ci ildə Azadlıq meydanına 1 milyona yaxın insan çıxdı. O vaxt SSRİ var idi, meydana çıxmaq həbs demək idi. Amma xalq ilk dəfə olaraq:

MMeqamət Əliyev2 dəq oxunuş
Mətn ölçüsü
Tarixi rolu - qorxunun sındırılması
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

17 Noyabr 1988-ci ildə Azadlıq meydanına 1 milyona yaxın insan çıxdı. O vaxt SSRİ var idi, meydana çıxmaq həbs demək idi. Amma xalq ilk dəfə olaraq:

– Qarabağda erməni iddialarına

– Sovet rəhbərliyinin Azərbaycana laqeyd münasibətinə

– Milli dilin, tarixin sıxışdırılmasına

açıq "yox" dedi. 17 gün davam edən Meydan hərəkatı xalqı qorxudan azad etdi.

Əslində 1991-ci ildəki müstəqillik 1988-ci ilin 17 noyabrında başladı.

2. Milli dövlətçilik düşüncəsində rolu

Ona qədər dövlətçilik düşüncəsi kitabda, tarixdə idi – 1918 Cümhuriyyəti. 17 Noyabr onu küçəyə, meydana gətirdi.

3 əsas ideya formalaşdı ki, bu gün də dövlətimizin əsasıdır:

– Ərazi bütövlüyü – Qarabağ uğrunda ilk kütləvi çıxış idi

– Milli birlik – region, dil fərqi olmadan hamı bir meydanda idi

– Sərbəst düşüncə – Moskva nə deyirsə, o deyil, xalq nə istəyir o olacaq

Bu 3 fikir sonradan 20 Yanvar şəhidlərində, Xocalıda, və 2020-ci ildə Zəfərdə özünü göstərdi.

3. Müasir nəsil üçün əhəmiyyəti

Sizcə niyə bu gün gənclər üçün vacibdir? Məncə 3 səbəbə görə:

a) Müstəqillik hədiyyə olmayıb. İndi gənclər müstəqil Azərbaycanda doğulublar, onlara elə gəlir həmişə belə olub. 17 Noyabr göstərir ki, onu meydanda qışın soyuğunda durub qazanıblar.

b) Birlik dərsi. O vaxt insanlar 17 gün yeməksiz, çadırda qaldılar. İndiki kimi sosial şəbəkə yox idi, amma birlik var idi. Bu gün informasiya müharibəsi dövründə həmin birliyə daha çox ehtiyac var.

c) Milli kimlik. Dirçəliş sözü təsadüfi deyil. 70 il unutdurulmuş dil, din, tarix həmin meydanda dirçəldi. Müasir gənc üçün bu – öz kökünü bilməkdir.

Qısası: 17 Noyabr olmasaydı, 18 Oktyabr 1991 – Müstəqillik günü olmazdı.

Onu da qeyd etmək istərdim ki,Gənclər Fondunun dəstəyi ilə "Gələcək vətənpərvər və sağlam gənclərdir"adll layihə çərçivəsində sil silə tədbirlərimiz Zəfər ,Konistutsiya və 17 noyabr Nilli Dircəliş Günü ilə əlaqədar Bakl və ətraf rayonlarnda by yönlü tədbirlərimiz davam etdirilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Tarixi rolu – qorxunun sındırılmasıF4Media səsləndirməsi