Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib.
F4media.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı 19 noyabr 2026-cı il tarixində sərəncam imzalayıb.
Sərəncama əsasən, Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Məleykə Abbaszadə uzun illər Dövlət İmtahan Mərkəzinə rəhbərlik edib və Azərbaycanda təhsil və qəbul imtahanları sisteminin formalaşdırılmasında mühüm rol oynayıb.





