Neft bazarı ABŞ–İran gərginliyi fonunda təzyiq altındadır
Neftin qiyməti dünya bazarlarında yenidən artıb. New York Times-a istinadla verilən məlumatlara görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpasını nəzərdən keçirir. Brent markası barelə 92 dollardan yuxarı satılır.

Dünya bazarlarında neftin qiymətləri yenidən yüksəlib. Səbəb New York Times qəzetinin xəbərləri olub. Qəzet yazır ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalını nəzərdən keçirir. AzerNews-ın məlumatına görə, bu fonda neft bazarı yenidən təzyiq yaşayır.
Brent markalı neft yenidən barelə 92 dollardan yuxarı qalxıb. West Texas Intermediate (WTI) neftinin qiyməti isə təxminən bu səviyyədə ticarət olunur…
Mənbə: azernews.az





