Braziliya prezidenti altı günlük iş həftəsini ləğv etdi
Braziliya prezidenti Luiz İnasiu Lula da Silva altı günlük iş qrafikinin ləğvinə dair fərman imzalayıb və beş günlük iş həftəsinə keçid nəzərdə tutulub. İş saatlarının azaldılması iki mərhələdə həyata keçiriləcək.

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva altı günlük iş həftəsinin ləğvinə dair fərman imzalayıb. Ölkə hakimiyyətinin rəsmi saytına istinadən verilən məlumata görə, sənəd beş günlük iş qrafikinə keçidi nəzərdə tutur. Məlumat 19 noyabrda yayılıb.
Söhbət “6×1” iş qrafikinin ləğvindən gedir, yəni altı iş günü və ardınca bir istirahət günü. Hakimiyyətin açıqlamasında prezidentin bu ləğvi tənzimləyən fərmanı imzaladığı bildirilir.
Sənədə əsasən, işçilər həftədə iki ödənişli istirahət gününə malik olacaq. Bununla yanaşı, əmək haqqı azalmayacaq. Yeni qaydaya görə, beş iş günü və iki istirahət günündən ibarət qrafik tətbiq olunacaq.
İş həftəsinin qısaldılması iki mərhələdə həyata keçiriləcək. 2026-cı il dekabrın 16-dan etibarən iş müddəti həftədə 44 saatdan 42 saata enəcək. 2027-ci il dekabrdan etibarən isə iş həftəsi 40 saat təşkil edəcək.
Mənbə: news.am





