Aİ Coca-Cola-nın Avropadakı ən böyük bottleri ilə bağlı araşdırmaya başlayıb
Aİ-nin antiinhisar tənzimləyicisi Coca-Cola Europacific Partners şirkətinin supermarketlər və digər pərakəndə satış nöqtələri ilə münasibətlərində hakim mövqedən sui-istifadə edib-etmədiyini yoxlayır.

Avropa İttifaqının (Aİ) antiinhisar tənzimləyicisi Coca-Cola Europacific Partners şirkəti ilə bağlı təhqiqat başladıb. Araşdırma şirkətin supermarketlər və digər pərakəndə satış məntəqələri ilə münasibətlərində bazardakı hakim mövqeyindən sui-istifadə edib-etmədiyini müəyyənləşdirməyə yönəlib.
F4media.az xəbər verir ki, təhqiqat Avropanın ən iri Coca-Cola qablaşdırıcısı və distribütoru olan Coca-Cola Europacific Partners şirkətinin topdansatış şəbəkələri və mağazalarla əməkdaşlıq prinsiplərini əhatə edir.
Bir sıra KİV-lərin məlumatına görə, araşdırmanın diqqət mərkəzində sərhədlərarası ticarətə mümkün məhdudiyyətlər də dayanır. Belə məhdudiyyətlərin şirkət tərəfindən tətbiq edilib-edilmədiyi və bunun rəqabət mühitinə təsiri araşdırılır.
Bununla belə, sərhədlərarası ticarətlə bağlı məlumatlar hələlik tənzimləyici qurum tərəfindən rəsmi təsdiqlənməyib və mediada yayılan məlumatlara əsaslanır.
Araşdırmanın nəticəsində şirkətin Avropa bazarında rəqabət qaydalarını pozub-pozmadığına hüquqi qiymət veriləcək.
Mənbə: lemonde.fr





