26 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8607+0.0059TRY 0.0335-0.0001100×RUB 2.0719-0.0026
media.az
Azərbaycan

Kainat Ağayev Azərbaycandan ayrılması ilə bağlı fikirlərini bölüşüb

Son dövrlər Azərbaycanı tərk edən bəzi şəxslərin xaricdə qalmaq və sığınacaq əldə etmək üçün müxtəlif səbəbləri önə çəkdikləri müşahidə olunur. Bu müraciətlərdə söz azadlığı, fərqli baxışlara münasibət, dini inanclar və digər məsələlər əsas arqument kimi göstərilir. Bəzən isə bu iddiaların nə…

Yulduz Səlimov2 dəq oxunuş
Mətn ölçüsü
Kainat Ağayev Azərbaycandan ayrılması ilə bağlı fikirlərini bölüşüb
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Son dövrlər Azərbaycanı tərk edən bəzi şəxslərin xaricdə qalmaq və sığınacaq əldə etmək üçün müxtəlif səbəbləri önə çəkdikləri müşahidə olunur. Bu müraciətlərdə söz azadlığı, fərqli baxışlara münasibət, dini inanclar və digər məsələlər əsas arqument kimi göstərilir. Bəzən isə bu iddiaların nə dərəcədə əsaslı olduğu ayrıca araşdırma tələb edir.

F4media.az-ın redaksiyasına daxil olan müraciətlərdən biri də Ağayev Kainat Hikmət oğlunun Azərbaycandan ayrılma səbəbləri ilə bağlıdır. O, ölkəni tərk etməsini internetdə yazdığı rəylərə görə polisə dəvət olunması, həyat yoldaşının hicabla əlaqədar iş problemi yaşaması və sonradan özü ilə bağlı polisə şikayət daxil olması ilə əlaqələndirir.

Ağayevin məhkəməyə təqdim etdiyi izahata görə, 12 fevral 2026-cı ildə internetdə yazdığı rəylərlə bağlı Buzovnada yerləşən 2-ci Polis Şöbəsinə aparılıb və rəylərini silməsi tələb olunub. Onun iddiasına görə, 29 sentyabrda həyat yoldaşının işdən ayrılması ilə bağlı narazılığını bildirdikdən sonra yenidən həmin polis şöbəsinə aparılıb və təxminən dörd saat saxlanılıb.

Ağayev həmçinin Azərbaycandan ayrıldıqdan sonra, 26 oktyabr 2026-cı ildə DİN-in Masallı Rayon Polis Şöbəsinin Boradigah Polis Bölməsindən adına çağırış məktubu göndərildiyini bildirir. Məktubda başqa bir şəxsin onun barəsində müraciət etdiyi və araşdırma aparıldığı qeyd olunur.

O, bütün bu hadisələrin ölkəyə qayıdacağı təqdirdə problemlərlə üzləşə biləcəyi barədə narahatlıq yaratdığını və Azərbaycanı tərk etmək qərarına təsir göstərdiyini iddia edir.

Bununla belə, qeyd olunanlar hələlik Kainat Ağayevin öz izahatında səsləndirdiyi iddialardır. Hadisələrin hansı şəraitdə baş verdiyi, ölkəni tərk etməsinin əsl səbəbləri və irəli sürülən fikirlərin nə dərəcədə əsaslı olduğu redaksiyamız tərəfindən araşdırılacaq. Qarşı tərəfin mövqeyi və aidiyyəti qurumların bu iddialara münasibəti də məsələnin obyektiv qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Kainat Ağayev Azərbaycandan ayrılması ilə bağlı fikirlərini bölüşübF4Media səsləndirməsi