25 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8548-0.0121TRY 0.03360100×RUB 2.0745-0.0064
media.az
Azərbaycan

Azərbaycanda ilk Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.

Mətn ölçüsü
Azərbaycanda ilk Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.

F4media.az xəbər verir ki, “Gülüstan” sarayında “İmkanlar və inam” devizi altında təşkil olunan tədbirdə hökumət rəsmiləri, sosial tərəfdaşların, özəl sektorun nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Forumun əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, eləcə də biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq olub.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən sosial islahatlar çərçivəsində əmək bazarının müasir çağırışlarına uyğun dövlət məşğulluq siyasətinin də əhəmiyyətli dəyişikliklərə məruz qaldığını bildirib.

Nazir əhalinin məşğulluğunun təmin edilməsində işəgötürənlərin roluna diqqət çəkərək, rəhbərlik etdiyi qurumun işəgötürənlərlə münasibətləri daha çox xidmət modeli əsasında qurduğunu və bu istiqamətdə əməkdaşlığın gücləndirildiyini qeyd edib.

İşəgötürənlərlə birgə həyata keçirilən aktiv məşğulluq proqramlarından danışan Anar Əliyev son illərdə işlə təmin olunanların illik sayının 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayının 4,1 dəfə, kvota üzrə işlə təmin edilənlərin sayının 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayının isə 3,5 dəfə artdığını bildirib.

Nazir qeyri-formal məşğulluğun azaldılması istiqamətində görülən işlərə də toxunub. Qeyd edib ki, özəl sektorda bu ilin 10 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək müqavilələrinin sayı 59 min artıb.

Anar Əliyev əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti sahəsində işəgötürənlərlə sosial dialoqun inkişaf etdirilməsinə və biznesə metodiki dəstək göstərilməsinə xüsusi önəm verildiyini vurğulayıb. O, “Əmək və Məşğulluq” altsisteminin, “DOST müfəttiş” və “Nümunəvi müəssisə” layihələrinin işəgötürənlər üçün əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir çərçivəsində həssas qruplara aid şəxslərin məşğulluq proqramlarının icrasında fəal iştirak edən sosial tərəfdaşlar da mükafatlandırılıb. Gənclərin və qadınların, müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsinə verdikləri töhfələrə görə beş özəl sosial tərəfdaşa mükafatlar təqdim olunub.

Forum çərçivəsində, həmçinin “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları”, “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” və “Biznes birliklərinin əmək bazarındakı rolu, sosial məsuliyyət və birgə təşəbbüslər” mövzularında müzakirələrin aparılması nəzərdə tutulub.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycanda ilk Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilibF4Media səsləndirməsi