26 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8631+0.0024TRY 0.03350100×RUB 2.0562-0.0157
media.az
Siyasət

Litva Qarabağın bərpasında Azərbaycanla əməkdaşlığa hazırdır

Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda bəyan edib ki, ölkəsi Qarabağın gələcək quruculuğu üçün mümkün olan hər şeyi etməyə hazırdır. O, həmçinin Cənubi Qafqazda tərəfdaşlığın genişlənmə perspektivlərindən danışıb.

Mətn ölçüsü
Litva Qarabağın bərpasında Azərbaycanla əməkdaşlığa hazırdır
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Litva Qarabağın gələcək bərpası və quruculuğu prosesində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

Bunu Litvanın xarici işlər naziri Kęstutis Budrys Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Litva naziri qeyd edib ki, ölkəsi yaxın zamanda minalardan təmizləmə əməliyyatları sahəsində əldə etdiyi təcrübəni Azərbaycanla bölüşə bilər. O, bu istiqamətdə əməkdaşlığın Azərbaycan üçün faydalı ola biləcəyini vurğulayıb.

Regional vəziyyət və təhlükəsizlik məsələlərinə toxunan Budrys Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirib. O, Azərbaycanın mövqeyini, gücünə olan inamını və beynəlxalq münasibətlərdə sülhə və əməkdaşlığa sadiqliyini qeyd edib.

Litva rəsmisi, həmçinin Cənubi Qafqazda tərəfdaşlığın və qarşılıqlı münasibətlərin genişləndirilməsi üçün perspektivlərin olduğunu bildirib.

Budrys Litvanın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu və xüsusilə Qarabağın bərpası prosesində mümkün imkanlardan istifadə etməyə hazır olduğunu diqqətə çatdırıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Litva Qarabağın bərpasında Azərbaycanla əməkdaşlığa hazırdırF4Media səsləndirməsi