Şahzadə Uilyamın iqamətgahına qanunsuz daxil olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Norfolk polisi Şahzada Uilyamın Sandrinqem iqamətgahında kraja cəhdi ilə bağlı iki şübhəli barədə cinayət işi açıb. Saxlanılma 23 noyabrda baş verib.

Böyük Britaniyada Şahzadə Uilyamın Sandrinqemdəki iqamətgahına qanunsuz daxil olmağa cəhd etməkdə şübhəli bilinən iki nəfər barəsində cinayət işi açılıb.
Bu barədə Norfolk polisi məlumat yayıb.
Polisin məlumatına görə, şübhəlilər 34 yaşlı Mirgən Doku və 32 yaşlı Arilen Ndoçidir. Onlardan biri Londonun qərbində yaşayır, digərinin isə daimi yaşayış yeri yoxdur.
Onlara yaşayış binasına qanunsuz daxil olmaq və qorunan əraziyə oğurluq məqsədilə girmək ittihamları irəli sürülüb.
Hadisə noyabrın 23-də Sandrinqemdə baş verib. Polis şübhəli şəxslərin ərazidə olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlib və hər iki şəxsi saxlayıb.
Onların noyabrın 25-də Norviç Magistrat Məhkəməsində hakim qarşısına çıxarılması gözlənilir.
Britaniya mediasının məlumatına görə, hadisə zamanı kral ailəsinin üzvləri iqamətgahda olmayıblar.
Qeyd edək ki, Sandrinqem kral ailəsinin mülklərindən biridir və Şahzadə Uilyamın iqamətgahı kimi istifadə olunur.
Mənbə: az.trend.az





