25 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8607+0.0059TRY 0.0335-0.0001100×RUB 2.0719-0.0026
media.az
Azərbaycan

“Sabah” – “Barselona” matçı günü Bakıda ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

“BakıKart” və Mastercard UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Barselona” oyunu münasibətilə sərnişinlər üçün xüsusi aksiya elan edib.

Mətn ölçüsü
“Sabah” – “Barselona” matçı günü Bakıda ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

“BakıKart” və Mastercard UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Barselona” oyunu münasibətilə sərnişinlər üçün xüsusi aksiya elan edib.

Kampaniya şərtlərinə əsasən, 25 noyabr saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatda gediş üçün cəmi 1 qəpik (0,01 AZN) ödəyəcəklər.

Endirim yerli və xarici bankların buraxdığı Mastercard kartları vasitəsilə Apple Pay və Google Pay üzərindən həyata keçirilən təmassız ödənişlərə aid edilir.

Aksiya Bakıda NFC ödənişlərinin aktiv olduğu avtobus və metro xətlərini əhatə edir. Göstərilən vaxt aralığında endirimli gedişlərin sayı üzrə heç bir limit müəyyən olunmayıb.

Layihənin əsas məqsədi azarkeşlərin hərəkətini daha əlverişli və sərfəli etmək, həmçinin ictimai nəqliyyatdan istifadəni və təmassız ödəniş vərdişlərini stimullaşdırmaqdır. “BakıKart” tərəfdaşları ilə birlikdə sərnişinlər üçün oxşar güzəştli kampaniyalar və yeni ödəniş həlləri təqdim etməyə davam edəcəyini bildirib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
“Sabah” – “Barselona” matçı günü Bakıda ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaqF4Media səsləndirməsi