14 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Enerji

Aİ Rusiya təbii qazının idxalını artırıb

2026-cı ilin on ayında Avropa İttifaqı 17,43 milyard kubmetr maye təbii qaz (LNG) idxal edib ki, bu, bir il əvvəlkindən 6,7% çoxdur. Məlumatlar Bruegel analitik mərkəzinə istinadən TASS tərəfindən verilib.

Mətn ölçüsü
Aİ Rusiya təbii qazının idxalını artırıb
Enerji — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Avropa İttifaqı cari ildə maye təbii qaz (LNG) tədarükünü artırmağa davam edir. Bruegel analitik mərkəzinin yaydığı və TASS-ın istinad etdiyi məlumatlara əsasən, 2026-cı ilin ilk on ayında Aİ ölkələri ümumilikdə 17,43 milyard kubmetr LNG idxal ediblər.

Qeyd olunan göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur (ötən il bu rəqəm 16,33 milyard kubmetr təşkil etmişdi).

Statistikaya görə, 2026-cı ilin oktyabr ayında Aİ xarici bazarlardan təxminən 12,19 milyard kubmetr LNG alıb (bir il əvvəl bu rəqəm 13,16 milyard kubmetr idi).

Tədarükün əsas hissəsi ABŞ, eləcə də Trinidad və Tobaqonun payına düşərək ümumilikdə 8,709 milyard kubmetr təşkil edib. Göstərilən dövrdə Rusiyadan daxil olan qaz həcmi isə 975 milyon kubmetr olub.

Oktyabr ayında İspaniya Rusiya LNG-sinin idxalını yenidən bərpa edib. Belə ki, sentyabrda bu ölkə Rusiya yanacağından imtina etsə də, oktyabrda tədarük həcmi 2086 QVt-saat təşkil edib.

Eyni zamanda, Türkiyə bazarında Rusiya qazının alınmasının Ankaraya kifayət qədər baha başa gəldiyi vurğulanıb. Bu səbəbdən də ölkə rəsmiləri daha ucuz qiymətlərlə enerji resursları əldə etmək üçün alternativ yollar axtarmaqdadırlar.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Aİ Rusiya təbii qazının idxalını artırıbF4Media səsləndirməsi