Bakıda “Sweet Art 2026” tədbiri keçirilib
“Pullman Hotel Baku”da baş tutan tədbir qənnadı sənayesi, şirniyyatçılıq, kulinariya və bu sahədə fəaliyyət göstərən peşəkarların bir araya gəldiyi platforma kimi təşkil olunub.

Yenilənib: Noyabr 28, 2026 4:29 axşam
“Pullman Hotel Baku”da baş tutan tədbir qənnadı sənayesi, şirniyyatçılıq, kulinariya və bu sahədə fəaliyyət göstərən peşəkarların bir araya gəldiyi platforma kimi təşkil olunub.
“Sweet Art 2026” tədbirinin keçirilməsində Peşəkar Qənnadıçılar İctimai Birliyi, Qida Təhülkəsizliyi Hərəkatı, Gənclərin Töhfəsi İctimai Birliyi, Azərbaycan-Türkiyə Qida Təhülkəsizliyi İctimai Birliyi və digər tərəfdaş qurumlar iştirak edib.
Tədbirdə qənnadı və şirniyyat sahəsinin inkişafı, peşəkarların təcrübə mübadiləsi, yeni yanaşmaların və məhsulların təqdimatı ilə bağlı imkanlar nümayiş etdirilib.
“Sweet Art 2026” həmçinin yerli qənnadı məhsullarının tanıdılması, peşəkar əməkdaşlığın genişləndirilməsi və sektorda yeni təşəbbüslərin təşviqi baxımından əhəmiyyətli platforma kimi diqqət çəkib.
Tədbirin tərəfdaşları sırasında müxtəlif qida və şirniyyat şirkətləri, o cümlədən Veysaloğlu, Mehranə Bakı, Vesia Horeca, İrşad, Mest, Ulduz, Köz Künefe, Bimetal, Çörəkçi, Altınoğulları və West Product Marketing yer alıb.
















