26 oktyabr 2026 Bakı —
media.az
Dünya

Almaniyada miqrantlar üçün alman dili imtahanı qaydaları sərtləşdirilir

Almaniya hökuməti miqrantlar üçün keçirilən alman dili imtahanlarında saxtakarlıq hallarının qarşısını almaq məqsədilə qaydaları sərtləşdirməyə hazırlaşır. Yeni tədbirlərin inteqrasiya kursları çərçivəsində təşkil olunan Alman dili testi (DTZ) üzrə tətbiq edilməsi nəzərdə tutulur.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Almaniyada miqrantlar üçün alman dili imtahanı qaydaları sərtləşdirilir
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Almaniya hökuməti miqrantlar üçün keçirilən alman dili imtahanlarında saxtakarlıq hallarının qarşısını almaq məqsədilə qaydaları sərtləşdirməyə hazırlaşır. Yeni tədbirlərin inteqrasiya kursları çərçivəsində təşkil olunan Alman dili testi (DTZ) üzrə tətbiq edilməsi nəzərdə tutulur.

Bu barədə “Bild” qəzeti Almaniyanın Daxili İşlər Nazirliyinin qərarına istinadən məlumat yayıb.

Məlumata görə, Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt imtahan prosedurundakı mövcud boşluqları aradan qaldırmağı qarşıya məqsəd qoyub. Nazirlik son dövrlərdə imtahanlarda saxtakarlıq cəhdlərinin əhəmiyyətli dərəcədə artdığını bildirib.

Qeyd olunur ki, inteqrasiya kurslarının bəzi iştirakçıları imtahan tapşırıqlarını və cavabları qanunsuz yollarla internet üzərindən əldə ediblər. Daha sonra həmin cavablardan 45 sualdan ibarət dinləmə və oxuyub-anlama bölməsində istifadə ediblər.

Almaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, dil biliklərinin obyektiv və müstəqil şəkildə qiymətləndirilməsi miqrantların cəmiyyətə davamlı inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Yeni qaydaların noyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Qeyd edək ki, DTZ imtahanı miqrantların gündəlik həyatda alman dilindən istifadə bacarıqlarını qiymətləndirmək üçün nəzərdə tutulub. İmtahan ənənəvi olaraq dinləmə, oxuyub-anlama, yazı və danışıq olmaqla dörd hissədən ibarətdir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Almaniyada miqrantlar üçün alman dili imtahanı qaydaları sərtləşdirilirF4Media səsləndirməsi