16 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Azərbaycan

Azərbaycan–Pakistan əməkdaşlığı çərçivəsində yeni sosial layihə hazırlanır

Azərbaycan və Pakistan arasında sosial və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni birgə layihə hazırlanır.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan–Pakistan əməkdaşlığı çərçivəsində yeni sosial layihə hazırlanır
Azərbaycan — F4Media

Azərbaycan–Pakistan əməkdaşlığı çərçivəsində yeni sosial layihə hazırlanır

Azərbaycan və Pakistan arasında sosial və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni birgə layihə hazırlanır.

Layihə “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən həyata keçirilir. Təşəbbüsün ideyası cəmiyyət fəalı Ülviyyə Abdalova tərəfindən irəli sürülüb.

Layihənin əsas məqsədi keçmiş məhkum qadınların cəmiyyətə reinteqrasiyasına, onların sosial həyata və əmək bazarına qayıdışına dəstək göstərmək, yeni imkanlar qazanmalarına şərait yaratmaqdır.

Layihənin Azərbaycanda qurulması və inkişaf etdirilməsi istiqamətində pakistanlı iş adamları Mahboob Qadir Shah, Malik Asrar Ellahi və Asad Ullah Bhoon iştirak edirlər. Tərəflər sosial yönümlü təşəbbüs çərçivəsində birgə fəaliyyətlə yanaşı, gələcəkdə Azərbaycan və Pakistan arasında yeni humanitar və biznes əməkdaşlığı imkanlarını da müzakirə edirlər.

Hazırlanan layihə keçmiş məhkum qadınların cəmiyyətə qayıdış prosesinə praktiki dəstək verməklə yanaşı, onların öz potensiallarını reallaşdırmasına və yeni həyat mərhələsinə başlamasına imkan yaratmağı hədəfləyir.

Təşəbbüs eyni zamanda Azərbaycan–Pakistan münasibətlərində sosial əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına xidmət edir. İki ölkənin sahibkarlarının və ictimai fəallarının bir araya gəlməsi Azərbaycan və Pakistan arasında yalnız iqtisadi deyil, insan yönümlü əməkdaşlıq üçün də yeni imkanların yarandığını göstərir.

Bu layihənin gələcəkdə iki qardaş ölkə arasında daha geniş sosial təşəbbüslərin və birgə layihələrin başlanğıcına çevrilməsi gözlənilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax