Bakıda mərkəzi yol üç gecə bağlı olacaq
Bakının Nizami rayonunda Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində üç gecə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Bakının Nizami rayonunda Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq. Şəhərin mərkəzi yollarından biri üç gecə bağlanacaq.
Yolda hərəkət dayandırılacaq. Məhdudiyyət qeyd olunan küçələrin kəsişməsindəki yol qovşağına şamil olunacaq.
Mənbə: oxu.az





