9 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9048-0.0047TRY 0.0345-0.0001100×RUB 1.9883-0.008
media.az
İdman

Bakıda “European Aquatics” Konqresi çərçivəsində ilk tədbirlər keçirilib

Avropa Su İdmanı Federasiyasının yaydığı məlumata görə, əvvəlcə “European Aquatics” Bürosunun toplantısı keçirilib. Daha sonra milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub. Sessiya zamanı üzgüçülük və digər su idmanı növlərinin inkişafı…

Mətn ölçüsü
Bakıda “European Aquatics” Konqresi çərçivəsində ilk tədbirlər keçirilib
İdman — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Avropa Su İdmanı Federasiyasının yaydığı məlumata görə, əvvəlcə “European Aquatics” Bürosunun toplantısı keçirilib. Daha sonra milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub. Sessiya zamanı üzgüçülük və digər su idmanı növlərinin inkişafı, federasiyaların fəaliyyəti, müxtəlif layihələrin həyata keçirilməsi, innovasiyalar və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Açıqlamada qeyd olunub ki, iştirakçılar yeni ideyalar bölüşməklə yanaşı, müxtəlif ölkələrin su idmanı sahəsində tətbiq etdiyi uğurlu yanaşmalarla tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakı bu il su idmanı sahəsində mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Üzgüçülük üzrə Dünya Kubokunun ardından “European Aquatics” Konqresinin də Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq idman müstəvisində mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
İdman

TBF-də yeni mövsümün yol xəritəsi cızıldı

F4media.az-ın Türkiyədəki xüsusi müxbiri Hüseyn Zorkunun verdiyi məlumata görə, Türkiyə Basketbol Federasiyası (TBF) 2026-2027 mövsümü öncəsi Ankarada İl Təmsilçiləri Toplantısı keçirib. Üç gün davam edən tədbirdə

Qurban Qurbanzadə1 dəq oxunuş
Bakıda “European Aquatics” Konqresi çərçivəsində ilk tədbirlər keçirilibF4Media səsləndirməsi