“BakıKart”dan müəllimlərə xüsusi güzəşt: ilk gediş 1 qəpik olacaq
“K Group” MMC (“BakıKart”) və Mastercard təhsil işçiləri üçün ictimai nəqliyyatda güzəştli gediş kampaniyasına start verib.

“K Group” MMC (“BakıKart”) və Mastercard təhsil işçiləri üçün ictimai nəqliyyatda güzəştli gediş kampaniyasına start verib.
F4media.az xəbər verir ki, noyabrın 2-dən qüvvəyə minən kampaniya çərçivəsində “TəhsilPlus” Mastercard kartı sahibləri həftənin iş günlərində – bazar ertəsindən cümə gününədək Bakı metrosu və avtobuslarda gün ərzində ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər.
Kampaniyadan yararlanmaq üçün “TəhsilPlus” kartı vasitəsilə Apple Pay və ya Google Pay üzərindən təmassız (NFC) ödəniş etmək kifayətdir. İlk gediş zamanı kart hesabından 0,01 AZN tutulacaq. Gün ərzində növbəti gedişlər isə qüvvədə olan standart tariflər əsasında hesablanacaq.
“K Group” MMC-dən bildirilib ki, “BakıKart” ictimai nəqliyyatda müasir ödəniş həllərinin tətbiqi ilə yanaşı, sərnişinlərin gündəlik nəqliyyat xərclərinin azaldılmasına yönəlmiş təşəbbüslərə də xüsusi önəm verir.
Mastercard ilə birgə həyata keçirilən bu kampaniya da təhsil işçiləri üçün daha əlçatan və sərfəli nəqliyyat imkanlarının yaradılması istiqamətində atılan addımlardan biridir.




