Bakının Nərimanov rayonunda bazar ərazisində kişi meyiti tapılıb
Bakıda hüquq-mühafizə orqanları Nərimanov rayonundakı bazarlardan birində 48 yaşlı fəhlənin meyitinin tapılması faktı ilə bağlı araşdırma aparır.

Hadisə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 507 ünvanında yerləşən taxta bazarı ərazisində baş verib.
Hadisə yerində 48 yaşlı Zaur Sahib oğlu Həmidovun meyiti aşkar edilib. İlkin məlumatlara görə, kişi həmin bazarda fəhlə kimi çalışırmış.
Meyitin ilkin müayinəsi zamanı bədənində zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.
Mənbə: news.milli.az





