Rəqəmsal dünyada gənclər: Media savadlılığı və informasiya təhlükəsizliyi

Yenilənib: Noyabr 8, 2026 1:46 axşam
Gənc Novatorlar, Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinin tələbələri üçün “Rəqəmsal dünyada gənclər: Media savadlılığı və informasiya təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimi 25 illik peşəkar təcrübəyə malik jurnalist və televiziya aparıcısı Fira Cəlilova aparıb.
Təlim zamanı media savadlılığının əhəmiyyəti, sosial şəbəkələrdən düzgün istifadə, saxta xəbərlərin və dezinformasiyanın müəyyən edilməsi, informasiya mənbələrinin etibarlılığının yoxlanılması, şəxsi məlumatların qorunması və rəqəmsal təhlükəsizlik məsələləri müzakirə olunub.
İştirakçılara informasiya axınında düzgün seçim etmək, məlumatları təhlil etmək, tənqidi düşünmək və rəqəmsal mühitdə məsuliyyətli davranmaq bacarıqlarının əhəmiyyəti izah edilib.
Gənclərin media savadlılığının artırılması, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması və onların müasir çağırışlara hazırlıqlı yetişməsi birliyimizin əsas fəaliyyət istiqamətlərindəndir.
Məlumatlı gənc – güclü cəmiyyətin təməlidir!






