28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Cəmiyyət

Beyləqanda iki avtomobilin toqquşması nəticəsində sürücü həlak olub

Azərbaycanın Beyləqan şəhərində VAZ-2107 və Ford Transit markalı avtomobillərin toqquşması nəticəsində hərəkət iştirakçılarından biri həyatını itirib.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Beyləqan şəhərində yol-nəqliyyat hadisəsinin baş verdiyi yer
Cəmiyyət — F4Media

Sentyabrın 7-də Beyləqan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, qəzada Seymur Kərimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil və Rəhim Süleymanovun idarə etdiyi Ford Transit markalı mikroavtobus iştirak edib.

Seymur Kərimov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün hallarının müəyyən edilməsi üçün istintaq tədbirləri həyata keçirir.

Paylaş

Oxşar materiallar

Hamısına bax