Azərbaycan güləşçiləri Bakıda keçirilən U-17 çimərlik güləşi üzrə dünya çempionatında səkkiz medal qazanıblar
Bakıda 17 yaşadək yeniyetmələr arasında çimərlik güləşi üzrə dünya çempionatı başa çatıb. Azərbaycan idmançıları ölkənin aktivinə iki qızıl, üç gümüş və üç bürünc medal yazdırıblar.











