19 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8681-0.0026TRY 0.03370100×RUB 2.0687+0.0081
media.az
İdman

Azərbaycan güləşçiləri Bakıda keçirilən U-17 çimərlik güləşi üzrə dünya çempionatında səkkiz medal qazanıblar

Bakıda 17 yaşadək yeniyetmələr arasında çimərlik güləşi üzrə dünya çempionatı başa çatıb. Azərbaycan idmançıları ölkənin aktivinə iki qızıl, üç gümüş və üç bürünc medal yazdırıblar.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Bakıda keçirilən dünya çempionatında fəxri kürsüdə olan azərbaycanlı güləşçilər
İdman — F4Media

Bakıda 17 yaşadək yeniyetmələr arasında çimərlik güləşi üzrə dünya çempionatına yekun vurulub. Azərbaycan təmsilçiləri doğma meydanda keçirilən turniri ümumilikdə səkkiz medalla başa vurublar.

Oğlanların yarışında Elcan Həsənov (60 kq) və Nihat Süleymanlı (80 kq) qızıl medal qazanıblar. Əlirza Heybətli (60 kq) və Elgün Kərimli (90 kq) gümüş, Tunar Quliyev (70 kq) və Ruslan Vəliyev (80 kq) isə bürünc medala sahib çıxıblar.

Qızların yarışında Rəna Nuriyeva (65 kq) fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medal qazanıb. Simura Abdullayeva (75 kq) isə bürünc medalın sahibi olub.

Komanda hesabında qızlar arasında Azərbaycan yığması birinci yeri tutub. İkinci yeri ABŞ, üçüncü yeri isə Yaponiya komandası tutub. Oğlanların komanda hesabında İran qalib gəlib, Azərbaycan güləşçiləri ikinci pillədə qərarlaşıb, ilk üçlüyü Seneqal yığması tamamlayıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax