14 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Dünya

Çin xarici ticarətdə valyuta əməliyyatlarını sadələşdirir

Çinin Dövlət Valyuta Tənzimləmə İdarəsi (Safe) cari hesablar üzrə valyuta əməliyyatlarının sadələşdirilməsi barədə doqquz tədbirdən ibarət layihəni ictimai müzakirəyə çıxarıb. Məqsəd biznes xərclərini azaltmaqdır.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Çin xarici ticarətdə valyuta əməliyyatlarını sadələşdirir
Dünya — F4Media

Çin xarici ticarət əməliyyatlarında valyuta hesablaşmalarını asanlaşdırmaq və tranzaksiya xərclərini azaltmaq məqsədilə yeni tədbirlər həyata keçirməyə hazırlaşır.

“South China Morning Post” nəşrinin məlumatına görə, yeni təşəbbüs beynəlxalq ticarət ödənişlərinin sadələşdirilməsinə, valyuta əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsinə və biznes üçün maliyyə xərclərinin azaldılmasına yönəlib.

Çinin Dövlət Valyuta Tənzimləmə İdarəsi (SAFE) bazar ertəsi cari hesablar üzrə valyuta əməliyyatlarının sadələşdirilməsini nəzərdə tutan doqquz tədbirdən ibarət təkliflər paketini ictimai müzakirəyə çıxarıb.

Tənzimləyici qurumun açıqlamasına görə, təkliflər valyuta xidmətlərinin tətbiq sahələrini və əhatə dairəsini genişləndirməklə yanaşı, beynəlxalq hesablaşmaların və əməliyyatların aparılması ilə bağlı biznes xərclərinin azaldılmasını nəzərdə tutur.

Təklif olunan əsas yeniliklərdən biri yanvarın 1-dən etibarən ümummilli səviyyədə tətbiqi planlaşdırılan yeni mexanizmdir. Bu mexanizm xarici ticarət fəaliyyəti ilə məşğul olan şirkətlərin valyuta daxilolmalarını və ödənişlərini sadələşdirəcək.

Qeyd edək ki, sözügedən mexanizm indiyədək pilot layihə çərçivəsində tətbiq olunub. Yeni qərarla onun ölkə üzrə genişləndirilməsi və daha çox biznes subyektinin bu imkanlardan yararlanması nəzərdə tutulur.

Paylaş

Oxşar materiallar

Hamısına bax