29 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9357+0.0028TRY 0.03470100×RUB 2.0145+0.0145
media.az
Siyasət

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Praqada mina xəritələri ilə bağlı sualı cavablandırıb

Praqaya səfəri zamanı Ermənistan prezidenti Vaaqn Xaçaturyan minalanmış sahələrin dəqiq xəritələrinin təqdim edilməsi ilə bağlı sualı cavablandırsa da, bu prosesin başa çatması üçün konkret vaxt çərçivəsi açıqlamayıb.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Praqadakı CEVRO Universitetində keçirilən görüşdə çıxış edir.
Siyasət — F4Media

Praqada Ermənistan prezidenti Vaaqn Xaçaturyanın iştirakı ilə siyasətçilərin, akademik dairələrin və ictimaiyyət nümayəndələrinin qatıldığı açıq görüş keçirilib. Tədbir CEVRO Universitetinin bazasında baş tutub.

Çıxışı zamanı Ermənistan rəhbəri Azərbaycan və Türkiyə ilə münasibətlər, Qarabağdakı hadisələr, 2020-ci il müharibəsinin nəticələri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə edilmiş sülh razılaşmaları mövzularına toxunub.

Rəsmi sual-cavab sessiyasının olmamasına baxmayaraq, "Land of Fire" cəmiyyətinin təsisçisi və Şərqi Avropa üzrə Koordinasiya Şurasının koordinatoru Fərid Əmirəliyev prezidentə Azərbaycan ərazilərindəki mina təhlükəsi ilə bağlı sual ünvanlayıb. O, mina probleminin mülki əhalinin həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayaraq, minalanmış sahələrin tam və dəqiq xəritələrinin nə vaxt təhvil veriləcəyi ilə maraqlanıb.

Cavabında Vaaqn Xaçaturyan bildirib ki, Azərbaycanın müraciətləri əsasında Ermənistanda olan mina məlumatları və materialları artıq təhvil verilib. O, həmçinin əlavə edib ki, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş təxminən 4 min azərbaycanlının taleyi haqqında məlumat təqdim edib. Bununla belə, prezident minalanmış ərazilərin qalan xəritələrinin təqdim edilməsi üçün konkret vaxt və ya tarix açıqlamayıb.

Görüşdən sonra Fərid Əmirəliyev bu məsələnin beynəlxalq platformada qaldırılmasının vacibliyini qeyd edib. "Sülh təkcə siyasi bəyanatlarla deyil, həm də insanların təhlükəsizliyinin təmin edilməsi ilə ölçülür. Azərbaycan ərazilərindəki minalar hələ də insanların həyatı üçün təhlükə yaradır", – deyə o bildirib.

Tədbirin sonunda Vaaqn Xaçaturyan Fərid Əmirəliyevlə şəxsən salamlaşaraq, onun məsələni qaldırmaq təşəbbüsünü qeyd edib. Həmçinin görüşün digər iştirakçıları da Əmirəliyevə dəstək ifadə ediblər.

Paylaş

Oxşar materiallar

Hamısına bax