Gürcüstanda Əlilliyi olan şəxslər üçün şəxsi assistentlərin xidmət müqaviləsi ilə işə götürülməsi təklif edilir
Gürcüstan parlamenti əlilliyi olan şəxslər üçün şəxsi assistentlərin xidmət müqaviləsi əsasında rəsmiləşdirilməsi ilə bağlı dəyişikliklərə baxacaq. Vergi statusdan asılı olaraq 2% və ya 18% təşkil edəcək.

<Gürcüstan parlamenti gələn həftə əlilliyi olan şəxslərin şəxsi assistentləri ilə bağlı qanunvericiliyə dəyişiklikləri müzakirə edəcək.
F4Media.az xəbər verir ki, təklif olunan dəyişikliklərə əsasən, şəxsi assistentlər əmək müqaviləsi deyil, xidmət müqaviləsi əsasında işə götürülə biləcəklər.
Şəxsi assistent əlilliyi olan şəxsi gündəlik fəaliyyətində müşayiət edir. Bu xidmət, əsasən, müəssisə və ya məktəb tərəfindən şəxsin və ya onun qəyyumunun müraciəti əsasında göstərilir.
Qanun layihəsinin izahatında bildirilir ki, hazırkı qanunvericilik şəxsi assistentlə xidmət göstərən qurum arasında hansı növ müqavilənin bağlanmalı olduğunu dəqiq müəyyən etmir. Yeni təkliflə bu məsələyə aydınlıq gətirilməsi nəzərdə tutulur.
Dəyişikliklərdə şəxsi assistentin fiziki şəxs və ya kiçik sahibkar kimi fəaliyyət göstərdiyi halda vergitutma qaydalarının da müəyyənləşdirilməsi təklif olunur. Fiziki şəxslə xidmət müqaviləsi bağlandıqda verginin 2 faiz, hüquqi şəxslə müqavilə bağlandıqda isə 18 faiz olması nəzərdə tutulur.
Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentin onu üç oxunuşda qəbul etməsi və daha sonra Gürcüstan prezidentinin imzalaması tələb olunur.
Mənbə: sputnik-georgia.ru




