Türkiyə-Bolqarıstan sərhədində TIR növbəsi 30 kilometrə çatıb
Türkiyə ilə Bolqarıstan arasındakı Həmzabəyli keçid məntəqəsində TIR yük maşınlarının növbəsi 30 kilometrə çatıb. Sürücülər uzun gözləmədən və yol üzərində şəraitin olmamasından şikayətlənirlər.

Türkiyənin Ədirnə şəhərində yerləşən Həmzabəyli sərhəd-keçid məntəqəsində yük maşınlarının növbəsi 30 kilometrə çatıb. Avropa ölkələrinə yük daşıyan sürücülər sərhəddə saatlarla, hətta günlərlə gözləməli olurlar.
Sürücülərin sözlərinə görə, Bolqarıstan tərəfində sənədlərin yoxlanılmasının ləng aparılması tıxacın uzanmasına səbəb olur. Uzun gözləmə zamanı sürücülər ərzaq və sanitar şəraitlə bağlı çətinliklərlə də üzləşirlər.
Onlar həmçinin gecələr qanunsuz miqrantların yük maşınlarına daxil olmağa çalışmasından narahat olduqlarını bildirirlər. Sürücülər sərhəd-keçid prosedurlarının sürətləndirilməsini və növbələrin azaldılması üçün tədbirlər görülməsini istəyirlər.
Mənbə: cnnturk.com





