Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə yola düşüb
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib. Türkmənbaşı Aeroportunda onu vitse-premyer, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib. Bu barədə AZƏRTAC məlumat yayıb.
Türkmənbaşı Beynəlxalq Aeroportunda Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Türkmənistan Nazirlər Kabinetinin sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
Mənbə: news.milli.az





