İlham Əliyev Giorgia Melonini təbrik edib
Prezident İlham Əliyev Giorgia Meloniyə ünvanladığı təbrik məktubunda İtaliya-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Baş naziri Giorgia Meloniyə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı Melonini İtaliya tarixində ən uzun müddət xidmət edən Baş nazir olması münasibətilə təbrik edib.
Prezident İlham Əliyev qeyd edib ki, bu tarixi mərhələ Baş nazirin güclü liderliyinin, siyasi qətiyyətinin və İtaliya xalqının ona olan etimadının göstəricisidir.
Məktubda Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində Giorgia Meloninin şəxsi rolu və töhfələri yüksək qiymətləndirilib.
Dövlət başçısı iki ölkə arasındakı dostluq və qarşılıqlı faydalı əməkdaşlığın xalqların rifahı naminə gələcəkdə daha da dərinləşəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.





