15 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Dünya

İtaliyada şok: 100-dən çox məktəb minalanma təhlükəsi ilə üz-üzə qaldı

İtaliyada 100-dən çox məktəb minalanma barədə məlumatlardan sonra təxliyə edilib. Onlardan bir çoxu, o cümlədən Romadakı məktəblər təxliyə olunub.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
İtaliyada təxliyə edilmiş məktəb binası
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

İtaliyanın təhsil müəssisələri kütləvi bomba təhlükəsi ilə sarsılıb. Ölkə miqyasında 100-dən çox məktəb hədə altına düşüb, paytaxt Roma başda olmaqla bir çox şəhərdə təhsil ocaqları dərhal təxliyə edilib.

Daxil olan məlumatlara görə, təhdid mesajları elektron poçt vasitəsilə ünvanlanıb. “Mikhail Andropov” adı ilə imzalanmış məktublarda bir neçə məktəbdə partlayıcı qurğuların yerləşdirildiyi iddia olunub. Xəbərdarlıqdan dərhal sonra hüquq-mühafizə və təcili yardım xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Uşaq bağçaları da boşaldıldı

Təhlükəsizlik tədbirləri çərçivəsində şübhəli məktub alan bütün müəssisələrdə ciddi yoxlamalar aparılır. Romada kütləvi təxliyələr yalnız məktəbləri deyil, həm də həmin ərazilərdə yerləşən uşaq bağçalarını əhatə edib. Xüsusilə Appio-Tuskolano rayonunda vəziyyətin daha gərgin olduğu bildirilir.

İnsident ölkə parlamentində də sərt reaksiyaya səbəb olub. “Beş Ulduz” Hərəkatının deputatı Luka Pirondi baş verənləri ciddi narahatlıq doğuran hal kimi qiymətləndirərək, daxili işlər naziri Matteo Piantedosinin parlamentdə çıxış edərək ictimaiyyətə rəsmi məlumat verməsini tələb edib.

Qeyd edək ki, son dövrlərdə İtaliyada kibertəhlükəsizlik və yalan məlumatlarla bağlı problemlər artıb. Ölkədə əvvəlcə supermarketlərə, soyuducu qurğulara qarşı kiberhücumlar və təyyarələrdə bomba olması barədə saxta xəbərlər qeydə alınmışdısa, indi terror təhdidlərinin hədəfi birbaşa məktəblər olub. Araşdırmalar davam edir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
İtaliyada şok: 100-dən çox məktəb minalanma təhlükəsi ilə üz-üzə qaldıF4Media səsləndirməsi