27 oktyabr 2026 Bakı —
media.az
Azərbaycan

Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qızı Aləni Əliyeva ilə birlikdə Şamaxıda fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkib və onun fəaliyyəti ilə tanış olub. Müəssisədə qadınlar, o cümlədən təkanasır analar çalışır.

Mətn ölçüsü
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublar
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkərək burada yaradılan şərait və görülən işlərlə tanış olublar.

F4media.az xəbər verir ki, təşkilatçıların məlumatına görə, səfər zamanı qonaqlara müəssisədə yaradılmış iş yerləri, eləcə də sosial dəstəyə ehtiyacı olan qadınların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Müəssisə “Təkanasır analar üçün sosial inkişafın dəstəklənməsi” layihəsi çərçivəsində yaradılıb. Layihə “Gənc məzunların sosial inteqrasiyası” Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən həyata keçirilir.

Dövlət dəstəyi ilə fəaliyyətə 10 qadınla başlayan müəssisədə hazırda 21 qadın çalışır. Müəssisənin fəaliyyəti genişləndirilib və Qobustan rayonunun Göyləri kəndində də filialı açılıb.

Təşkilatçıların bildirdiyinə görə, hazırda hər iki müəssisədə ümumilikdə təxminən 50 qadın işlə təmin olunub. Onların arasında təkanasır analarla yanaşı, aztəminatlı ailələrin nümayəndələri də var.

Layihənin əsas məqsədi iş yerlərinin sayını artırmaq, daha çox qadının məşğulluğuna şərait yaratmaq və ailələrin sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdir.

Səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva müəssisədə çalışan qadınların işi ilə tanış olub, onların fəaliyyəti ilə maraqlanıblar. Sonda işçi qadınlarla xatirə şəkli çəkdiriblər.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublarF4Media səsləndirməsi