Meta plastik emalı üzrə ilk zavodun tikintisi üçün MacroCycle startapı ilə müqavilə bağladı
Meta plastik emalı üzrə ixtisaslaşan MacroCycle startapı ilə müqavilə imzaladı. Razılaşma şirkətə ABŞ-da ilk kommersiya zavodunu tikməyə kömək edəcək.

Meta plastik tullantılarının daha səmərəli emalına imkan verən texnologiya hazırlayan MacroCycle startapı ilə müqavilə imzalayıb.
Müqavilə ABŞ-ın Massaçusets ştatında yerləşən şirkətə ölkədə ilk kommersiya zavodunu qurmağa imkan verəcək. Meta isə MacroCycle-ın texnologiyası hesabına əldə olunan karbon emissiyası azalmalarına görə ödəniş edəcək.
MacroCycle plastik tullantıları xüsusi həlledicilər vasitəsilə təmizləyərək yenidən yüksək keyfiyyətli plastikə çevirir. Şirkətin məlumatına görə, bu proses yeni PET plastik istehsalı ilə müqayisədə 80 faiz daha az karbon emissiyası yaradır.
Şirkətin nümayiş zavodunun ildə 5 min ton emal olunmuş plastik istehsal etməsi planlaşdırılır. Gələcək zavodlarda isə bu göstəricinin 50 min tona çatdırılması nəzərdə tutulur.
MacroCycle xüsusilə tekstil tullantılarında olan PET plastikin emalına diqqət yetirir. Şirkət hesab edir ki, yeni texnologiya həm enerji sərfiyyatını, həm də istehsal xərclərini azaltmağa imkan verəcək.
Meta bu əməkdaşlıqla yanaşı, aşağı karbonlu plastik bazarının inkişafına da töhfə verməyi planlaşdırır. Şirkət belə materiallardan qablaşdırma və avadanlıqların istehsalında daha geniş istifadə olunmasını istəyir.
Mənbə: techcrunch.com





