13 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8992-0.0061TRY 0.0344-0.0001100×RUB 2.0276+0.0328
media.az
Siyasət

Polşada Baş nazir və müdafiə nazirinə hücum təhdidi ilə bağlı şəxs saxlanılıb

Polşada baş nazir Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa elektron kanallarla təhdid göndərən şəxs saxlanılıb. Bu barədə hökumət başçısı özü məlumat verib.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Polşa baş naziri Donald Tusk
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Polşada baş nazir Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa elektron kanallarla təhdid göndərən şəxs saxlanılıb. Bu barədə Polşa hökumətinin başçısı özü məlumat verib.

Donald Tusk saxlanılma barədə özünün «X» sosial şəbəkəsindəki hesabında bildirib.

Mümkün sui-qəsdlə bağlı təhdidlər səsləndirən şəxs saxlanılıb.

Nazirin mətbuat katibi – Polşa xüsusi xidmətlərinin koordinatoru Yatsek Dobjinskinin sözlərinə görə, baş nazir və müdafiə naziri təhdidləri oktyabrın 11-də səhər saat 07:00 radələrində alıblar.

Polşa mətbuatının xüsusi xidmətlərdəki anonim mənbəyə istinadla yaydığı məlumata görə, elektron kanallarla göndərilən təhdidlərdə siyasətçilərin yaşayış yerləri və onların yaxın gələcəklə bağlı planları barədə məlumat olub.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Polşada Baş nazir və müdafiə nazirinə hücum təhdidi ilə bağlı şəxs saxlanılıbF4Media səsləndirməsi