Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazandı
Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı olub.

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında 73 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Turnirin startında Məmmədəliyev 1/16 finalda kanadalı Kəstin Lemiri məğlub edərək növbəti mərhələyə yüksəlib. 1/8 finalda o, Böyük Britaniya təmsilçisi Ethan Nairn üzərində qələbə qazanıb.
Rüb finalda azərbaycanlı idmançı fransalı Dayan Bulutapeso ilə qarşılaşıb və məğlub olub. Bundan sonra Məmmədəliyev bürünc medal uğrunda mübarizəni davam etdirmək imkanı əldə edib.
Təsəlli görüşündə o, italiyalı Leonardo Valeriani məğlub edib. Sonra Məmmədəliyev təsəlli görüşündə braziliyalı Daniel Karqinin ilə üz-üzə gəlib və qələbə qazanaraq dünya çempionatının bürünc medalını təmin edib.
Dünya çempionatı Bakıdaki Milli Gimnastika Arenasında keçirilir və oktyabrın 11-də başa çatacaq.
Yarışların ilk günündə azərbaycanlı cüdoçu Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu mükafat azərbaycanlı cüdoçular üçün böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl, 60 kq çəki dərəcəsində isə ilk qızıl olub.
Mənbə: news.milli.az





