“Sabah” UEFA Çempionlar Liqasındakı debüt oyununu “Mançester Yunayted”ə qarşı keçirəcək
Bu axşam “Sabah” səfərdə “Mançester Yunayted”lə “Old Trafford” stadionunda üz-üzə gələcək.

Bu gün, sentyabrın 10-da Azərbaycanın “Sabah” futbol klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində debüt edir. Komanda ilk tur çərçivəsində İngiltərənin “Mançester Yunayted” klubu ilə səfər matçına çıxacaq.
Görüş İngiltərədəki “Old Trafford” stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Mənbə: oxu.az





