27 oktyabr 2026 Bakı —
media.az
Dünya

Türkiyədə bir gündə iki əməliyyatla üç beyin şişi çıxarılıb

Türkiyənin Hatay vilayətində yerləşən Dörtyol Dövlət Xəstəxanasında bir gün ərzində iki xəstə üzərində həyata keçirilən əməliyyatlar zamanı üç beyin şişi uğurla çıxarılıb.

Mətn ölçüsü
Türkiyədə bir gündə iki əməliyyatla üç beyin şişi çıxarılıb
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Türkiyənin Hatay vilayətində yerləşən Dörtyol Dövlət Xəstəxanasında bir gün ərzində iki xəstə üzərində həyata keçirilən əməliyyatlar zamanı üç beyin şişi uğurla çıxarılıb.

F4Media.az saytının Türkiyədəki xüsusi müxbiri Hüseyn Zorkunun verdiyi xəbərə görə, əməliyyatları Neyrocərrahiyyə üzrə mütəxəssis, Op. Dr. Mazlum Işık və əməliyyatxana komandası həyata keçirib.

Məlumata görə, ilk xəstədə ağciyər xərçənginin beyinə metastazı nəticəsində yaranmış iki şiş aşkarlanıb. Əməliyyat zamanı hər iki şiş uğurla çıxarılıb.

İkinci əməliyyat zamanı isə beyin kötüyünə təzyiq göstərən, təxminən 6 santimetr ölçüsündə iri meningioma şişi müasir tibbi avadanlıqların köməyi ilə götürülüb.

Uğurla başa çatan əməliyyatlardan sonra hər iki xəstənin vəziyyətinin yaxşılaşdığı və onların sağalaraq xəstəxanadan evə buraxıldığı bildirilib.

Mürəkkəb neyrocərrahi müdaxilələrin uğurla həyata keçirilməsi müasir tibbi texnologiyaların və ixtisaslı tibbi heyətin əhəmiyyətini bir daha göstərir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Dünya

Bodrumda yağış küçələri və mağazaları su basdı

Oktyabrın 26-da Türkiyənin Bodrum şəhərində güclü yağış küçələri çaya çevirib, Küyünbaba məhəlləsində mağaza və ofisləri su basıb. Küyünbaba–Gümüşlük yolu müvəqqəti bağlanıb.

Yulduz Səlimov1 dəq oxunuş
Türkiyədə bir gündə iki əməliyyatla üç beyin şişi çıxarılıbF4Media səsləndirməsi